İspaniyanın “Barselona” klubu növbəti transferini reallaşdırmaq üzrədir. Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisi Danimarkanın “Kopenhagen” klubundan 19 yaşlı cinah hücumçusu Runi Bardjini transfer edəcək. “Barselona” rəhbərliyi bu transfer üçün qarşı tərəfə 2 milyon avro ödəyəcək. Müqavilədə bonuslar da yer alacaq.
İsveçli istedadlı cinah hücumçusu ilə yaxın günlərdə uzunmüddətli müqavilənin imzalanacağı gözlənilir.