Azərbaycan Badminton Federasiyasında (ABF) yeni təyinat rəsmiləşib.
Əjdər Cəfərov ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.
Ə.Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
Əjdər Cəfərov Sinqapur-2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları, London-2012 Yay Olimpiya Oyunları və Nanjing-2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakimlik edib.
Azərbaycan Badminton Federasiyasında yeni təyinat
