Konfrans Liqası: Bu gün Liqa mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşəcək

Konfrans Liqası: Bu gün Liqa mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşəcək

Bu gün futbol üzrə UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanan ilk komandanın adına aydınlıq gələcək.

Olimpnews.az xəbər verir ki, pley-off mərhələsinin ilk cavab matçında Latviyanın "Riqa" komandası doğma meydanda Çexiyanın "Sparta Praqa" klubu ilə qarşılaşacaq. Bu komandalar arasında Ç

Bakı vaxtı ilə saat 20:45-də başlayacaq oyun Skonto stadionunda keçiriləcək. Bu komandaların Çexiyadakı ilk oyununda "Sparta Praqa" komandası 2:0 hesablı qələbə qazanaraq Liqa mərhələsinə vəsiqə uğrunda böyük addım atmışdı. 

Qeyd edək ki, bu mərhələnin digər oyunları sabah keçiriləcək.