"Ferrari" kod adı "Project 678" olan 2026-cı il modelinin asqı hissəsində əhəmiyyətli dəyişikliklər edəcək.
Olimpnews.az Autoracerə istinadən xəbər verir ki, həm ön, həm də arxa hissədə dartma çubuğu olan hazırkı "SF-25"dən fərqli olaraq, yeni model avtomobili itələmə çubuğu olan arxa asqıya sahib olacaq.
Qeyd etmək lazımdır ki, Ferrari bu tərtibatlı avtomobildən sonuncu dəfə 2010-cu ildə istifadə edib. Yeni avtomobilin sınaqlarının yanvar ayında İspaniyada keçirilməsi gözlənilir.
"Ferrari" yeni modeldə dəyişiklik nəzərdə tutub


