Futbol üzrə İtaliya A Seriasında 12-ci turun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə "Torino" klubu "Komo"nu qəbul edib.
Oyun qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb -1:5. Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran Sesk Fabareqasın komandası 7-ci pilləyə yüksəlib. "Torino" isə 14 xalla 11-cidir.


