Ronaldo qrup mərhələsini buraxa bilər?

Ronaldo qrup mərhələsini buraxa bilər?


"Marca”nın məlumatına görə, Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo ombasının zədəsini "Real”ın heyətində Çempionlar Liqasının finalında ağırlaşdırıb. Xatırladaq ki, portuqaliyalı forvard "Atletiko” ilə həmin oyunda (4:1) 120 dəqiqə meydanda olub. Hazırda milli komandanın həkimləri onun tezliklə sağalmasına çalışırlar.
Hətta Ronaldonun bu zədəyə görə DÇ-2014-ün qrup mərhələsini buraxa biləcəyi barədə də xəbər yayılıb. Portuqaliya millisinin G qrupunda Almaniya, Qana və ABŞ-la mübarizə aparacağını da xatırladaq.