Statistika professorunun proqnozu

Statistika professorunun proqnozu

İnsbruk Universitetinin statistika professoru Axim Zeyleys araşdırma apararaq Braziliyada keçiriləcək DÇ-2014-lə bağlı proqnoz verib. Adıçəkilən şəxsin 2008-ci ildən bəri bütün Avropa və dünya çempionlarının nəticələrini qabaqcadan düz tapdığı bildirilir.
Professorun proqnozu 22 bukmeker kontorunun məlumatlarına, həmçinin digər çoxsaylı statistik bilgilərə əsaslanıb.
Zeyleysin fikrincə, Braziliyanın dünya çempionu olmaq ehtimalı 22,5 faizdir. Argentinanın şansı 15,8, Almaniyanın şansı isə 13,4 faizdir. Professor hesab edir ki, Hondurasın çempion olmaq ehtimalı isə sıfır faizə bərabərdir.