"Bavariya”nın prezidenti Uli Höness həbsxanaya gedərək vergi ödəməkdən boyun qaçırdığına görə verilən cəzanı çəkməyə başlayıb. Xatırladaq ki, 62 yaşlı alman vergidən yayınmaqda, pul yumaqda və insanları aldatmaqda günahkar bilinib. Höness 3 il yarım müddətinə azadlıqdan məhrum olunduğuna görə, bu ilin martında "Bavariya”nın prezidenti vəzifəsindən istefa verib.