Beynəlxalq Güləş Federasiyası (FİLA) təqvim planı üzrə mayda keçirilən yarışların nəticələrinə əsasən, iyun ayı üçün yunan-Roma güləşçilərinin reytinq siyahısını açıqlayıb.
Yunan-Roma güləşçilərinin reytinq siyahısına 10 pəhləvanımızın adı daxil edilib.
Siyahıda Kamran Məmmədov (7-ci), Taleh Məmmədov (17-ci, hər ikisi 59 kq), Həsən Əliyev (2-ci, 66 kq), Rəsul Çunayev (2-ci), Rüstəm Əliyev (19-cu, hər ikisi 71 kq), Elvin Mürsəliyev (6-cı, 75 kq), Rafiq Hüseynov (12-ci, 80 kq), Saman Təhmasibi (10-cu, 81 kq), Şəhriyar Məmmədov (11-ci, 81 kq) və Sabah Şəriəti (11-ci, 130 kq) yer alıblar.