“Qalatasaray” Mançini ilə yollarını ayırdı

“Qalatasaray” Mançini ilə yollarını ayırdı

Roberto Mançini baş məşqçi postundan gedib. "Qalatasaray” klubunun idarə heyətinin iyunun 11-də təcili olaraq keçirdiyi iclasdan sonra italiyalı mütəxəssis Roberto Mançini ilə yollarını qarşılıqlı olaraq ləğv edib.
Klubun rəsmi saytından verilən məlumata görə, Mançini ilə dostluq və qarşılıqı hörmət şəraitində razılıq əldə edilib. Açıqlamaya görə, Mançiniyə müqavilənin ləğvi üçün əlavə pul ödənilməyəcək. Xatırladaq ki, daha öncə imzalanan müqaviləyə görə, əgər "Qalatasaray” Mançini ilə birtərəfli şəkildə yollarını ayırmalı olsa, 9 milyon avro cərimə ödəməliydi. Lakin, bugünkü razılığa görə cərimə ödənilməyəcək. "Qalatasaray” klubu Mançiniyə bundan sonra karyerasında uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, Roberto Mançini ötən sezonun əvvəllərində Fatih Terimin yerinə gətirilmişdi. Onun yeni klubunun "Latsio” olduğu iddia edilir.
Qeyd edək ki, Mançinidən boşalan baş məşqçi postuna hazırda ən real namizəd kimi Mirçea Luçeskudur. Ukraynadakı siyasi gərginliklər səbəbindən "Şaxtyor”dan ayrılmağa müsbət baxan rumıniyalı mütəxəssis "Qalatasaray”a gələ biləcəyi barədə keçən aylarda açıqlama vermişdi.