
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
İyunun 18-də daha 3 qarşılaşma keçirilib.
H qrupunun ilk oyununda Belçika və Əlcəzair yığmaları üz-üzə gəlib. Belçika millisi matçın 25-ci dəqiqəsində hesabda 0:1 geri düşməsinə baxmayaraq, yekun hesabda 2:1 hesablı əzmkar qələbə qazanıb. Qrupun digər matçında Rusiya və Cənubi Koreya milliləri münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə tərəflər hərəyə bir dəfə fərqlənib - 1:1.
A qrupunda bir oyun keçirilib. İlk turda qələbə qazanan Braziliya və Meksika yığmaları qarşılaşıb. Görüşdə hesab açılmayıb.
17 İYUN
H qrupu
03:00. Rusiya - Cənubi Koreya - 1:1
Qollar: Lii, 68 (0:1), Kerjakov, 74 (1:1)
21:00. Belçika - Əlcəzair - 2:1
Qollar: Feghouli, 25-pen (0:1), Fellaini, 70 (1:1), Mertens, 80 (2:1)
A qrupu
00:00. Braziliya - Meksika - 0:0