
A qrupunda ikinci turun ilk oyunu keçirilib. Braziliya millisi Meksika ilə qarşılaşıb.
Ötən gecə Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında qrup mərhələsinin II turunun oyunlarına start verilib.
Türkiyəli hakim Cüneyt Çakır ilk dəfə iş başında olub. Onun idarə etdiyi görüşdə isə A qrupunun ilk oyunlarında qələbə qazanmış iki komanda üz-üzə gəlib. Latın Amerikası derbisində beşqat dünya çempionu olan Braziliya millisi Meksika komandası ilə turnir cədvəlinin lideri olmaq üçün mübarizə aparıblar. Qalib gələn komanda 1/8 final mərhələsinə erkən vəsiqə qazana bilərdi. Amma tərəflərin səyinə baxmayaraq, oyunda hesab açılmayıb. Görüş 0:0 hesabı ilə başa çatıb.
Braziliya – Meksika – 0:0
Qollar:
Hakim: Cüneyt Çakır (Türkiyə)

Fortaleza. "Kastelan” stadionu
Braziliya: Julio Sezar, Daniel Alveş, Tiaqo Silva, David Luis, Marselo, Paulinyo, Qustavo, Ramires, Oskar, Neymar, Fred
Meksika: Qilyermo Oçoa, Fransisko Rodriqes, Rafael Markes, Herrera, Layun, Covani dos Santos, Moreno, Andres Quadado, Oribe Peralta, Aqilar, Vaskes
Xəbərdarlıq: Ramires 45, Silva 79, Aqilar, 59, Vaskes, 62
H qrupunda ikinci oyun keçirilib. Rusiya yığması Cənubi Koreya millisi ilə qarşılaşıb.

Ötən seçmə mərhələdə rəqibimiz olan şimal qonşularımız Rusiya yığması Cənubi Koreya millisi ilə qarşılaşıb. Favorit Fabio Kapellonun yetirmələri göstərilsə də, oyunda hesabı cənubi koreyalılar açıblar. Amma ruslar tez bir zamanda özlərinə gələrək cavab topunu vurublar. Görüş 1:1 hesabı ilə başa çatıb. Belə ki, Rusiya tarixində ilk heç-heçəsini edib.
Rusiya - Cənubi Koreya - 1:1
Qollar: Kerjakov, 74 - Lee, 68
Hakim: Nestor Pitana (Argentina)
Kuyaba. "Arena Pantanal”
Rusiya: Akinfeyev, İqnaşeviç, Berezutski, Yeşenko, Kombarov, Qluşakov, Şatov, Jirkov, Səmədov, Fayzulin, Kokorin
Cənubi Koreya: Jung, Yun, Kim, Son, Park, Lee, Koo, Nan, Ki, Lee, Hong