
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Bu gün daha 3 qarşılaşma keçirilib.
B qrupunun ilk oyununda Avstraliya və Hollandiya milliləri üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun Hollandiyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda İspaniya Çilini sınağa çəkib. Bakı vaxtı ilə saat 00:00-da start götürən oyun İspaniyanın məğlubiyyəti ilə başa çatıb - 0:2. Bununla da, son dünya çempionları qrupdan çıxmaq şansını tamamilə itiriblər.
Əvəzində B qrupunda Hollandiya və Çili yığmaları son oyunun nəticəsindən asılı olmayaraq 1/8 finalda oynamaq hüququ qazanıb. B qrupunun qalibi A qrupunun ikincisi, B qrupunun ikincisi isə A qrupunun qalibi ilə qarşılaşacaq.
A qrupunda isə Kamerun – Xorvatiya matçı baş tutub. Bakı vaxtı ilə saat 03:00-da başlayan görüş Xorvatiyanın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.
18 iyun
B qrupu
21:00. Avstraliya - Hollandiya - 2:3
Qollar: Aryen Robben, 20 (1:0), Tim Kehill, 21 (1:1), Yedinak, 54-pen (2:1), Robin van Persi, 52 (2:2), Memfis Depay, 68 (2:3)
00:00. İspaniya - Çili - 0:2
Qollar: Eduardo Varqas, 20 (0:1), Çarles Aranqes, 44 (0:2)
A qrupu
03:00. Kamerun - Xorvatiya - 0:4
Qollar: İvisa Oliç, 11 (0:1), İvan Perişiç, 48 (0:2), Mario Mandzukiç, 61 (0:3), 73 (0:4)
Qırmızı vərəqə: Aleks Sonq, 40 (Kamerun)