Dünya çempionatının favoritləri kimdir?

Dünya çempionatının favoritləri kimdir?
 

Beynəlxalq statistika şirkəti olan "Opta" Braziliyada təşkil olunan dünya çempionatının favoritlərini açıqlayıb.

DÇ-2010-dan bu yana yığmaların oyunlarını analiz edən şirkət Braziliyanı qarşıdakı mundialın əsas favoriti elan edib.
Braziliyanın dünya çempionu olmaq şansı 23,5 faiz olaraq göstərilir. Digər iki komanda isə Almaniya (16,5) və İspaniya (13,5) yığmalarıdır.
Braziliyanın finalda Almaniya ilə qarşılaşacağı proqnozlaşdırılır.
"Opta" şirkətinin araşdırmasına görə Qana, Əlcəzair, Avstraliya və Kamerun yığmalarının çempion olmaq şansları sıfıra bərabərdir.
Braziliya millisinin forvardı Neymarın (14,6 %) turnirin bombardiri olacağı iddia edilir.
Neymarın ən yaxın izləyiciləri kimi Lionel Messi (Argentina) və Kriştiano Ronaldonun (Portuqaliya) adları çəkilir.