Uruqvay İngiltərəni məğlub etdi, Yaponiya bərabərə qaldı

Uruqvay İngiltərəni məğlub etdi, Yaponiya bərabərə qaldı

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Iyunun 20-də daha 3 qarşılaşma keçirilib.

C qrupunda Kolumbiya Fil Dişi Sahili yığmasını sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən liderlərin görüşündə Kolumbiya millisi 2:1 hesabı ilə qələbə qazanıb.

Qrupun digər oyununda Yaponiya və Yunanıstan komandaları üz-üzə gəlib. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 03:00-da verilib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.

D qrupunda bir qarşılaşma keçiriləcək ki, burada da Uruqvay və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə Uruqvaya 1:2 hesabı ilə uduzan ingilislər vəziyyətlərini bir qədər çətinləşdiriblər.


19 İYUN

C qrupu
21:00. Kolumbiya - Fil Dişi Sahili - 2:1
Qollar: Ceyms Rodriqes, 64 (1:0), Kintero, 70 (2:0), Jervinyo, 73 (2:1)

03:00. Yaponiya - Yunanıstan - 0:0
Qırmızı vərəqə: Katsuranis, 38 (Yunanıstan)

D qrupu

00:00. Uruqvay - İngiltərə - 2:1
Qollar: Suares, 40 (1:0), Runi, 75 (1:1), Suares, 85 (2:1)