"Kastelao” stadionunda "G” qrupunun ikinci turunda Almaniya Qana ilə qarşılaşdı.

Oyunda ilk qolu almanlar vurdular. Mario Qötze 51-ci dəqiqədə komandasını hesabda irəli çıxardı.
Ruhdan düşməyən afrikalılar buraxılan qoldan sonra üç dəqiqə sonra bərabərliyi bərpa etdilər. Andre Ayyu 54-cü dəqiqədə fərqləndi. 61-də isə Asamoa Qyan qanalıları hesabda irəli çıxardı. Almaniyanı məğlubiyyətdən 71-ci dəqiqədə Miroslav Kloze xilas etdi. Meydançaya Qötzenin əvəzinə daxil olduqdan 2 dəqiqə sonra o oyunun nəticəsini müəyyən etdi. Almaniya 2:2 Qana.
Nəticə oyuna uyğundur, hər iki komanda hücumda yaxşı, müdafiədə isə zəif oynadı.
Kloze isə bu qol ilə adını futbol tarixinə yazdırdı. O dünya çempionatlarında vurduğu qollarının sayını Ronaldo ilə bərabərləşdirdi.