Balotelli: “İngiltərə kraliçası məni öpməlidir”

Balotelli: “İngiltərə kraliçası məni öpməlidir”


İtaliya millisinin futbolçusu Mario Balotelli DÇ-2014-də bu gün Kosta-Rika ilə matç öncəsi maraqlı açıqlama verib.
Hücumçu "Tvitter” hesabından Kosta-Rikaya qalib gələcəkləri təqdirdə, İngiltərə kraliçası II Elizabetin onun üzündən öpməsini istəyib. O yazıb: "Komandamız Kosta-Rikaya qalib gəlsə, İngiltərə kraliçası məni öpməlidir”.
Qeyd edək ki, Uruqvaya məğlub olan İngiltərə qrupdan çıxmaq şanslarını saxlaması üçün İtaliya bu gecə Kosta-Rikanı məğlub etməlidir. Kosta-Rikanın bir xal qazanacağı halda isə İngiltərə mundialda növbəti mərhələyə çıxa bilməyəcək.