UEFA Çempionlar Liqasının 2014/15-ci illər mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Avropanın 37 ölkəsinin çempionlarının rəqibləri müəyyənləşib.
Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə ölkə çempionumuz "Qarabağ” klubu da öz rəqibinin adını bilib. II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Topaz Premyer Liqasının son qalibi qitənin ən mötəbər klub turnirində debüt matçına Maltada çıxacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq üçün "Valletta” klubu ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, ən aşağı reytinqli 6 komanda isə ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin 3 qalibi 31 kluba qatılaraq, mübarizəni davam etdirəcək.
Xatırladaq ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ”ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində təşkil olunacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
1. "Santa Koloma” (Andorra) - "Banants” (Ermənistan)
2. "Linkoln” (Cəbəllütariq) - "Torshavn” (Farer adaları)
3. "La Fiorita” (San-Marino) - "Levadiya” (Estoniya)
II təsnifat mərhələsi
"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Slovaniya)
"Şerif” (Moldova) - "Sutyeska” (Çernoqoriya)
BATE (Belarus) - "Skenderbeu” (Albaniya)
"Dinamo” (Gürcüstan) - "Aktobe” (Qazaxıstan)
"Makkabi” (Təl-Əviv, İsrail) - 1-ci cütün qalibi
"Sparta” (Çexiya) - 3-cü cütün qalibi
"Malmö” (İsveç) - "Ventspils” (Latviya)
"Slovan” (Slovakiya) - TNS (Uels)
"Seltik” (Şotlandiya) - "Reykyavik” (İslandiya)
"Kliftonvill” (Şimali İrlandiya) - "Debretsen” (Macarıstan)
"Partizan” (Serbiya) - 2-ci cütün qalibi
"Valletta” (Malta) - "QARABAĞ” (AZƏRBAYCAN)
"Stromsqodset” (Norveç) - "Styaua” (Rumıniya)
"Legiya” (Polşa) - "Sent Patriks” (İrlandiya)
"Rabotniçki” (Makedoniya) - HİK (Finlandiya)
"Dinamo” (Xorvatiya) - "Jalgiris” (Litva)
"Ludoqorets” (Bolqarıstan) - "Düdelanj” (Lüksemburq)