Lionel Messi tarix, Mandraqon rekord yazdı

Lionel Messi tarix, Mandraqon rekord yazdı

Lionel Messi Argentina futbolunun tarixinə düşüb.
Xarici KİV-lərin verdiyi xəbərə görə, hücumçu DÇ-2014-ün F qrupunda oynadığı bütün matçlarda qol vurub. Bununla da o, Argentina millisində 56 ildən sonra qrup oyunlarının hamısında fərqlənən ilk futbolçu olub. Bundan əvvəl 1958-ci ildə Omar Oreste Korbotta bu uğuru qazanmışdı.
Qeyd edək ki, L.Messi qrup matçlarında dörd qol vurub.
Dünya çempionatında daha bir record qeydə alınıb. Belə ki, Kolumbiya millisinin qapıçısı Ferid Mandraqon dünya çempionatında rekorda imza atıb. Futbolçu dünya çempionatları tarxində iştirak edən ən yaşlı futbolçu olub. 43 yaşlı Mandraqon dünən Yaponiya ilə keçirilən matçın 85-ci dəqiqəsində meydana daxil olub. Kolumbiyalı qapıçı uzun illər "Qalatasaray”da da forma geyinib.
Mandraqona qədər dünya çempionatında iştirtak edən ən yaşlı futbolçu kamerunlu Roje Mila olub.1994-cü il dünya çempionatında iştirak edən Milanın 42 yaşı vardı.