Futbolçular Braziliyada oruc tutacaqlar

Braziliyda dünya çempionatının 1/8 final mərhələsinin oyunlarının keçirildiyi bur vaxtda bütün müsəlman dünyası 11 ayın sultanı müqəddəs Ramazan ayına qədəm qoyur.
Braziliyadakı isti və rütubətli havaya baxmayaraq bir çox futbolçu oruc tutacağını elan edib. Almaniya millisinin türk əsilli futbolçusu Mesud Özil verdiyi açıqlamada Braziliyadakı hava şəraiti ilə əlaqədar oruc tutmayacağını bildirib.
Lakin Fransa millsinin əksər üzvləri Kərim Benzema, Mamadu Sako, Bakari Sanya, Pol Poqba, Belçikadan Adnan Yanuzay, Fellaini, Musa Dembele, Nasir Çadli, İsveçrə yığmasından Şerdan Şakiri, Gökhan İnler Braziliyada oruc tutacaqlarını bildiriblər.