Braziliya və Kosta-Rika 1/4 finalda

Braziliya və Kosta-Rika 1/4 finalda


Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
İyunun 28-də DÇ-2014-ün 1/8 final mərhələsi başladı.
İlk olaraq meydana Braziliya və Çili komandaları çıxıb. Oyunun qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən edilib. Braziliya oyunçuları daha dəqiq olub və 4:3 hesabı ilə qalib gəlib.
Braziliya – Çili 1:1 (3:2)

Qollar David Luis, 18 - Aleksis Sançes, 32
Penaltilər: Luis, (1:0); Pinilia, (1:0); Villian, (1:0); Sançes, (1:0); Marselo, (2:0); Aranqis, (2:1); Halk, (2:1); Dias, (2:2); Neymar (3:2);
Stadion: Estadio Mineirao

Hakim: Hovard Vebb
Braziliya: Julio Cesar, Dani Alves, Thiago Silva, David Luiz, Marcelo, Fernandinho, Oscar, Luiz Gustavo, Givanildo Hulk, Fred, Neymar

Baş məşqçi: Luis Felipe Skolari

Çili: Claudio Bravo, Eugenio Mena, Gary Medel, Gonzalo Jara, Mauricio Isla, Francisco Silva, Arturo Vidal, Charles Aranguiz, Marcelo Diaz, Alexis Sanchez, Eduardo Vargas

Baş məşqçi: Jorge Sampaoli

İyunun 29-da isə Recife şəhərindəki "Pernambuco” stadionunda Kosta-Rika və Yunanıstan milli komandaları qarşılaşıblar.
Avstraliyalı baş hakim Benjamin Villiams idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb. Matçın 52-ci dəqiqəsində kosta-rikalı futbolçu Brayn Ruiz fərqlənibr. Görüşün ikinci hissəsinə əlavə olunmuş vaxtda yunanıstanlı Sokratis Papastathopoulos hesabı bərabərləşdirib – 1:1.
Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt verilib. Əlavə vaxtda da qapılara top vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri dəqiq yerinə yetirən Kosta-Rika millisi 5:3 hesabı ilə qalib gəlmiş və dörddəbir finala yüksəlib.

Beləliklə, Braziliya və Kosta-Rika DÇ-2014-ün dörddə bir mərhələsinə vəsiqə qazanıblar.