Riçard Almeyda: "İlin ən yaxşı legioneri Aleksey Qaydır"

Riçard Almeyda: "İlin ən yaxşı legioneri Aleksey Qaydır"

"Mənə səs verən hər kəsə minnətdaram. Qalib olduğum üçün çox şadam".

Olimpnews.az saytının məlumatına görə, bu sözləri İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda "İlin əcnəbi futbolçusu" nominasiyasının qalibi olan "Qarabağ" klubunun futbolçusu Riçard Almeyda dedi.

"Riçard Almeyda özü hansı legioneri ən yaxşı hesab edir?” sualını braziliyalı futbolçu belə cavablandırdı: "Mənə görə Azərbaycanda ilin ən yaxşı legioneri Aleksay Qaydır”.