Yığmamızın heyətində dəyişiklik edildi

Yığmamızın heyətində dəyişiklik edildi

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Olimpnews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter”dən dəvət edilən Nadir Qasımov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.

Əvəzində iki futbolçu – Kamran Nəcəfəliyev ("Lokomotiv” Taşkənd, Özbəkistan) və Asim Abdullazadə (FC92 Montrouge Paris, Fransa) toplanışa dəvət olunub.