Sumqayıtda 6 qol vuruldu, "Qəbələ" liderlə oyunda qələbəni əldən verdi - YENİLƏNİB

Sumqayıtda 6 qol vuruldu, "Qəbələ" liderlə oyunda qələbəni əldən verdi - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. Olimpnews.az saytının məlumatına görə, iki gün davam edəcək turun ilk oyun günündə iki matç təşkil olunub.

Günün ilk oyunu Sumqayıtda olub. "Sumqayıt" doğma azarkeşlər önündə "Rəvan” klubu ilə münasibətlərinə aydınlıq gətirib. 6 qol vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3.

Turun mərkəzi matçında "Qarabağ” evdə "Qəbələ” klubu ilə üz-üzə gəlib. Gözlənilmədən "Qəbələ" klubu hesabı açıb. İlk hissə qonaqların üstünlüyü ilə başa çatıb. Meydan sahibləri yalnız oyunun sonlarına yaxın hesabı bərabərləşdirə biliblər. Matçın 79-cu dəqiqəsində Əfran İsmayılovun vurduğu qol komandasına 1 xal qazandırıb.

Topaz Premyer Liqası
XVIII tur
19 dekabr (şənbə)
"Qarabağ” – "Qəbələ” - 1:1
Qol: Əfran İsmayılov, 79 - Ermin Zets, 4 

"Qarabağ”:13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 70. Marinaldo Çiçero, 97. Mahir Mədətov
Baş məşqçi: Qurban Qurbanov

"Qəbələ”: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 10. Dodo (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 87. Ruslan Abışov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 70. Vaqif Cavadov
Baş məşqçi: Roman Qriqorçuk

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk oyun - 2:2

"Sumqayıt” – "Rəvan” - 3:3
Qollar: Amil Yunanov,13, 34, Mikayıl Rəhimov, 90+5 - Şeriff Suma, 27, Ruslan Tağızadə, 35, Ramazan Abbasov (pen.), 75

"Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 14. Bəxtiyar Həsənalızadə, 22. Tofiq Mikayılov, 24. Amit Quluzadə, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

"Rəvan”: 32. Kostyantin Maxnovski, 11. Şeriff Suma, 21. Novruz Məmmədov, 19. Tural Qürbətov, 17. Ramazan Abbasov (k), 8. Məmməd Quliyev, 13. Cəmşid Məhərrəmov, 92. Yamin Ağakərimzadə, 2. Ruslan Tağızadə, 6. Vüqar Bəybalayev, 4. Kənan Müslümov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 38. Zeki Sinan Akkoyun, 20. Kənan Manafov, 39. Əlibəy Məmmədli, 55. Hüseyn Axundov, 7. Elvin Həsənəliyev, 15. Ceyhun Abdullayev
Baş məşqçi: Bəhmən Həsənov

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Kapital Bank Arena”
İlk oyun - 0:0