U-20 millisinin təlim-məşq toplanışı keçiriləcək

U-20 millisinin təlim-məşq toplanışı keçiriləcək

Dekabrın 21-dən 25-dək Bakıda 20 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Olimpnews,az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, hazırlıq prosesinə Aydın Bayramov ("Rəvan”), Sənan Əlizadə ("Neftçi”), Bəhlul Mustafazadə ("Qəbələ”), Qazimaqomed Qurbanov ("Anji”, Rusiya), Yusup Hakimov ("Bakı”), Vüsal Hüseynov ("Neftçi”), Nicat Fərəcli ("Mil-Muğan”), Məhsun Qəmbərli ("Xəzər-Lənkəran”), Sərtan Taşkın ("İnter”), Cavidan Ömərli ("Rəvan”), Əli Səmədov ("Kəpəz”), Fərid Əsədov ("Xəzər-Lənkəran”), Qismət Alıyev ("Qəbələ”), Mənsur Nəhavəndi ("İnter”), Əlibay Məmmədli ("Rəvan”), Roman Hüseynov ("Qəbələ”), Əli Əlimərdanlı ("Sumqayıt”), Mirkamil Həşimli ("Zirə”), Aqşin Qurbanlı ("Neftçi”), Ehtiram Şahverdiyev ("Qəbələ”) və Rəsul Babazadə ("Neftçi”) dəvət olunublar.