Mourinyonu Hiddink əvəz etdi

Mourinyonu Hiddink əvəz etdi



Qus Hiddink İngiltərənin "Çelsi" futbol klubuna baş məşqçi təyin olunub.
Hollandiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb.
Hiddink bu vəzifədə Joze Mourinyonu əvəz edib. O, "Stemford Bric"ə qayıtdığı üçün sevindiyini bildirib: "Çelsi" dünyanın ən güclü klublarındandır. Bu komanda hazırda öz yerində deyil. Amma inanıram ki, vəziyyəti düzəldə biləcəyik. Böyük klubda oyunçular və digər əməkdaşlarla birgə işə başlayacağımız günü, xüsusən, "Çelsi" azarkeşləri ilə gözəl münasibətlərin bərpasını səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Qus Hiddink 2009-cu ildə də "Çelsi"də çalışıb. "Zadəganlar" onun rəhbərliyi altında İngiltərə Kubokunu qazanıblar.
Qus Hiddink vaxtilə Türkiyə, Rusiya, Avstraliya milli yığmalarının baş məşqçisi olub.