Əsgər Abdullayev: "Biz bu oyunda 2 xal itirdik"

Əsgər Abdullayev: "Biz bu oyunda 2 xal itirdik"

"Meydança pis vəziyyətdə idi. Oyunun belə vəziyyətinə görə, standart vəziyyətdən istifadə etməyə çalışırdıq". Olimpnews.az saytının məlumatına görə, bu sözləri oyundan sonra keçirilən mətbuat kofransında "Neftçi" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.


Baş məşqçi bu matçda 2 xal itirdiklərini vurğuladı: "Oyun çox ağır keçdi. Gəncə klubu bizə müqavimət göstərdi. Həqiqətən də, Şahin müəlləm yaxşı kollektiv yaradıb. Matç ərzində 2-3 epizodda hesabda önə keçə bilərdik. Rəqibin də qol şansları oldu. Deyərdim ki, biz bu oyunda 2 xal itirdik. Yaxınn günlərdə baş məşqçinin adı məlum olacaq. Qeyd edim ki, bu müddət ərzində mənə dəstək olan klubun rəhbərliyinə təşəkkürümü bildirirəm. İmkanım daxilimdə komandanı böyük ruh yüksəkliyi ilə oyuna çıxartdım. Əgər rəhbərlik razi olsa, yenidən komandada baş məqşçi işləyə bilərəm".

Rahib Sahiboğlu,
Gəncə