"Kəpəz" - "Neftçi" matçında futbolçular arasında mübahisə yaranıb. Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, mübahisə zamanı meydana ehtiyat oyunçular skamyasında olan futbolçular da girib.
İlk hissənin sonlarına yaxın top yan xətdən çıxan zaman "Kəpəz"in baş məşqçisi Şahin Diniyev topu güclü zərbə ilə meydana vurub. Bundan əsəbləşən Erik Ramos Şahin Diniyevin üstünə gələrək, ona sərt şəkildə etirazını bildirib. Bundan sonra rəqib futbolçular bir-birinə hücum çəkiblər.
Hakim futbolçuları sakitləşdirəndən sonra Erik Ramos sarı vərəqə göstərdi. Baş hakim futbolçunu məcbur etdi ki, Şahin Diniyevə yaxınlaşıb üzr istəsin.
Qeyd edək ki, hazırda 1:0 hesabı ilə meydan sahibləri irəlidədirlər.