Fəhmin Muradbəyli xəstəxanaya aparıldı

Fəhmin Muradbəyli xəstəxanaya aparıldı


"Kəpəz" - "Neftçi" matçında qonaqların futbolçusu Fəhmin Muradbəyli ciddi zədələnib.

Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, ilk hissənin sonlarına yaxın futbolçu Məhəmməd Qurbanovla əvəzlənib.

Fəhmin ilk hissə başa çatandan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Həkimin xüsusi müxbirimizə verdiyi məlumata görə, futbolçunun ayağında sınıq aşkarlanıb.

Qeyd edək ki, ilk hissə "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Rahib Sahiboğlu,
Gəncə