İspaniyanın "Barselona" klubu Yaponiyada keçirilən futbol üzrə dünya klub çempionatının finalında Argentinanın "River Pleyt" komandasını 3:0 hesabı ilə məğlub edib.
Oyunda hesabı 36-cı dəqiqədə Lionel Messi açıb.
Ardınca ikinci hissənin əvvəlində Luis Suares komandasının üstünlüyünü möhkəmləndirib. 68-ci dəqiqədə isə o dublunu rəsmiləşdirərək yekun nəticəni müəyyən edib.
Beləliklə, "Barselona" dünya klub çempionatında üçüncü dəfə qalib gəlməklə rekorda imza atıb.