"Neftçi"də baş məşqçi ilə bağlı qərar verildi

"Neftçi"də baş məşqçi ilə bağlı qərar verildi

Dünən "Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib.

Olimpnews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

1. İcraçı direktor Elnur Məmmədova "Neftçi”nin xərclərini mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırması tapşırılıb.

2. "Neftçi”nin əsas komandasının baş məşqçi funksiyasının icrasını Əsgər Abdullayevin davam etdirməsinə qərar verilib.