“İnter” klubuna yeni prezident təyin olunub

“İnter” klubuna yeni prezident təyin olunub

Bakının "İnter” klubuna yeni prezident təyin olunub.

Olimpnews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "İnter”in Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunub. O, bu vəzifədə "İnter”in əvvəlki prezidenti bolqarıstanlı Georgi Nikolovu əvəz edəcək.

Qeyd edək ki, R.Qasımov bundan əvvəl Azərbaycan Beynəlxalq Bankında Mühasibatlıq və Büdcə Departamentinin direktoru vəzifəsində işləyib.