İspaniyanın "Barselona" klubunun argentinalı üzvü Lionel Messi İngiltərənin "Sky Sports" telekanalının sorğusu əsasında 2015-ci ilin ən yaxşı futbolçusu seçilib.
Olimpnews.az saytının məlumatına görə, seçim siyahısında İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatlarında çıxış edən futbolçuların adları yer alıb. Siyahıya liderlik edən argentinalı futbolçuya orta hesabla 8.821bal verilib. İkinci pillədə yer alan "Barselona"nın digər üzvü Braziliyalı Neymarın isə balı 8.370-dır. İlk üçlüyü isə 8.077 balla PSJ-nin hücumçusu Zlatan İbrahimoviç bağlayır.
Digər yerlərdə Xames Rodriges (7.904), Kriştianu Ronaldu (7.900), Luis Suares (7.834), Riyad Marez (7.762), Məsut Özil (7.754), Nolito (7.753), Aleksis Sançes (7.724) qərarlaşıb.