Növbəti il üçün Azərbaycanın FİFA hakimlərinin siyahısı açıqlanıb. Olimpnews.az saytının məlumatına görə, ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək ədalət təmsilçilərinin adları artıq FİFA tərəfindən də təsdiqlənib.
2015-ci ildə olduğu kimi, yenə siyahıda 22 azərbaycanlı ədalət təmsilçisi yer alıb. 1 il əvvəl FİFA-nın təsdiqlədiyi siyahı ilə müqayisədə yeganə dəyişiklik futzalla bağlıdır. 2014-cü ilin dekabrındakı siyahıda Xəlil Hüseynli yer almışdısa, az sonra qəzada ölən referini Fərid İslamov əvəzləyib.
Ümumilikdə isə siyahıda 3 FİFA referisi, 6 assistenti, 4 futzal, 3 çimərlik futbolu hakimi, qadınlarda isə 2 referi və 4 laysman yer alıb.
Referi: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov;
Referi köməkçisi: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov;
Futzal üzrə FIFA referisi: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Fərid İslamov;
Çimərlik futbolu üzrə FIFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva;
Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova;
Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova.