Azərbaycanlı qapıçı Elnar Kərimov Türkiyənin 3-cü liqasında çıxış edən "Bartınspor" klubundan ayrılıb.
Olimpnews.az saytının məlumatına görə, 29 yaşlı qapıçının karyerasını harada davam etdirəcəyi hələlik bəlli deyil. Amma onunla bir neçə yerli klub danışıqlar aparır.
Böyük ehtimalla, Elnar Kərimov futbol karyerasını Azərbaycan klublarının birində davam etdirəcək.