Şəhriyardan möhtəşəm qələbə

Şəhriyardan möhtəşəm qələbə


Çinin paytaxtı Pekində keçirilən kişilər arasında şahmat üzrə Qran-pri yarışlarına yekun vurulub. Turnirdə ölkəmizi qrossmeysterimiz Şəhriyar Məmmədyarov (2761) təmsil edib. Qeyd etdiyimiz kimi, şahmatçımız dairəvi sistem üzrə keçirilən yarışda Aleksandr Qrişuk (Rusiya, 2780), Sergey Karyakin (Rusiya, 2776), Boris Gelfand (İsrail, 2773), Veselin Topalov (Bolqarıstan, 2767), Qata Kamski (ABŞ, 2763), Van Hao (Çin, 2752), Peter Leko (Macarıstan, 2737), Aleksandr Morozeviç (Rusiya, 2736), Aniş Qiri (Hollandiya, 2734), Vasili İvançuk (Ukrayna, 2733) və Vanq Yue (Çin, 2705) kimi güclü rəqibləri ilə birlikdə mübarizə aparıb. Turnirin sonuncu oyun günündə qrossmeysterimiz Boris Gelfandla üz-üzə gəlib. Görüşü heç-heçə başa vuran təmsilçimiz ona bəslənilən ümidləri doğruldaraq yarışın qalibi adını qazanıb.


O 12 turda 7 xal toplayıb. İkinci yerə isə Aleksandr Qrişuk layiq görülüb. O, şahmatçımızdan yarım xal az nəticə göstərib. Məlumat üçün bildirək ki, ilk turda Məmmədyarov Petr Leko ilə üz-üzə gəlib. Qiri Karyakinlə, Morozeviç Vanq Yue ilə, Gelfand Topalovla, Kamski Qrişukla, İvançuk isə Van Hao ilə qarşılaşıb. Təmsilçimiz birinci turda xal bölgüsünə üstünlük verib. İkinci turda isə o, Qata Kamski ilə münasibətlərinə aydınlıq gətirib. Birinci turda olduğu kimi, ikinci turda da Şəhriyar yarım xalla kifayətlənib. Üçüncü turda isə Məmmədyarov ilk qələbəsini qazanıb. Vasili İvançuk qrossmeysterimizlə bacara bilməyib. Növbəti turda da təmsilçimiz qələbəni bayram edib. Beşinci turda isə Aleksandr Qrişuk həmyerlimizin xal qazanmasına imkan verməyib. O, şahmatçımızı məğlubiyyətə uğradaraq, aktivinə bir xal əlavə edib. Yarışın altıncı turunda Şəhriyar Məmmədyarov qara fiqurlarla turnirin lideri Sergey Karyakinlə (Rusiya) qarşılaşıb və rəqibinin "şah”ını "mat” edib. Yeddinci turda qrossmeysterimiz ağ fiqurlarla sabiq dünya çempionu Veselin Topalov (Bolqarıstan) ilə qarşılaşıb. Həmin görüşdə sabiq dünya çempionu "şah”ını qurban verib. Növbəti turda isə şahmatçımız heç-heçə edən Şəhriyar 9-cu turda Aniş Qiriyə 1:0 hesabı ilə qalib gəlib. 10-cu turda isə o, məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov bu yarışdan əvvəl İsveçrənin Cenevrə şəhərində keçirilən sürətli şahmat üzrə beynəlxalq turnirdə qüvvəsini sınamışdı. O, hər qrupda 4 nəfər olmaqla 2 yarımqrupdan ibarət turnirdə Vladimir Kramnik (Rusiya), Yannis Peletye (İsveçrə), Yudit Polqar (Macarıstan), Hikaru Nakamura (ABŞ), Aleksandra Kostenyuk (Rusiya), Roman Eduard və Etyen Bakronla (Fransa) mübarizə aparmışdı. Yarımqrup və yarım-finalda rəqiblərini məğlubiyyətə uğradan Şəhriyar finalda keçmiş dünya çempionu Vladimir Kramniklə üz-üzə gəlmiş və 1,5:0,5 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanmışdı.
I tur
Aniş Qiri - Sergey Karyakin - 0:1
Aleksandr Morozeviç - Vanq Yue - 0,5:0s,5
Boris Gelfand - Veselin Topalov - 0:1
Peter Leko - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Qata Kamski - Aleksandr Qrişuk - 0:1
Vasili İvançuk - Van Hao - 0,5:0,5

II tur
Sergey Karyakin - Van Hao - 1:0
Aleksandr Qrişuk - Vasili İvançuk - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Qata Kamski - 0,5:0,5
Veselin Topalov - Peter Leko - 0,5:0,5
Vanq Yue - Boris Gelfand - 0,5:0,5
Aniş Qiri - Aleksandr Morozeviç - 0,5:0,5

III tur
Aleksandr Morozeviç - Sergey Karyakin - 0:1
Boris Gelfand - Aniş Qiri - 0:1
Peter Leko - Vanq Yue - 0,5:0,5
Qata Kamski - Veselin Topalov - 0,5:0,5
Vasili İvançuk - Şəhriyar Məmmədyarov - 0:1
Van Hao - Aleksandr Qrişuk - 0,5:0,5

IV tur
Sergey Karyakin - Aleksandr Qrişuk - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Van Hao - 1:0
Veselin Topalov - Vasili İvançuk - 0,5:0,5
Vanq Yue - Qata Kamski - 1:0
Aniş Qiri - Peter Leko - 0,5:0,5
Aleksandr Morozeviç - Boris Gelfand - 1:0

V tur
Boris Gelfand - S
ergey Karyakin - 0,5:0,5
Peter Leko - Aleksandr Morozeviç - 0,5:0,5
Qata Kamski - Aniş Qiri - 0:1
Vasili İvançuk - Vanq Yue - 1:0
Van Hao - Veselin Topalov - 0,5:0,5
Aleksandr Qrişuk - Şəhriyar Məmmədyarov - 1:0

VI tur
Sergey Karyakin - Şəhriyar Məmmədyarov - 0:1
Veselin Topalov - Aleksandr Qrişuk - 0,5:0,5
Vanq Yue - Van Hao - 1:0
Aniş Qiri - Vasili İvançuk - 0,5:0,5
Aleksandr Morozeviç - Qata Kamski - 1:0
Boris Gelfand - Peter Leko - 0,5:0,5
VII tur
Peter Leko - Sergey Karyakin - 1:0
Qata Kamski - Boris Gelfand - 0,5:0,5
Vasili İvançuk - Aleksandr Morozeviç - 1:0
Van Hao - Aniş Qiri - 1:0
Aleksandr Qrişuk - Vanq Yue - 1:0
Şəhriyar Məmmədyarov - Veselin Topalov - 1:0
VIII tur

Sergey Karyakin - Veselin Topalov - 0:1
Vanq Yue - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Aniş Qiri - Aleksandr Qrişuk - 0,5:0,5
Aleksandr Morozeviç - Van Hao - 0,5:0,5
Boris Gelfand - Vasili İvançuk - 1:0
Peter Leko - Qata Kamski - 0,5:0,5
IX tur

Qata Kamski - Sergey Karyakin - 0,5:0,5
Vasili İvançuk - Peter Leko - 0,5:0,5
Van Hao - Boris Gelfand - 0,5:0,5
Aleksandr Qrişuk - Aleksandr Morozeviç - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Aniş Qiri - 1:0
Veselin Topalov - Vanq Yue - 0,5:0,5

X tur
Sergey Karyakin - Vanq Yue - 0,5:0,5
Aniş Qiri - Veselin Topalov - 1:0
Aleksandr Morozeviç - Şəhriyar Məmmədyarov - 1:0
Boris Gelfand - Aleksandr Qrişuk - 1:0
Peter Leko - Van Hao - 0,5:0,5
Qata Kamski - Vasili İvançuk - 1:0

XI tur
Vasili İvançuk - Sergey Karyakin - 0,5:0,5
Van Hao - Qata Kamski - 1:0
Aleksandr Qrişuk - Peter Leko - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Boris Gelfand - 0,5:0,5
Veselin Topalov - Aleksandr Morozeviç - 1:0
Vanq Yue - Aniş Qiri - 0,5:0,5

Turnir cədvəli: 1. Şəhriyar Məmmədyarov - 7 xal. 2. Aleksandr Qrişuk - 6,5. 3-4. Veselin Topalov, Peter Leko - 6. 5-8. Sergey Karyakin, Van Yue, Aleksandr Morozeviç, Aniş Qiri - 5,5. 9-11. Boris Gelfand, Van Hao, Vasili İvançuk - 5. 12. Qata Kamski - 3,5.