Həlletmə üzrə Dünya kuboku

Həlletmə üzrə Dünya kuboku

Fevral ayı ənənəvi olaraq, Moskvada şahmat məsələlərinin həlli üzrə Dünya kuboku ilə əlamətdardır. Yarış Moskva Open ilə eyni yerdə Rusiya Dövlət Sosial Universitetinin binasında keçirildi. Çox heyiflər olsun ki, bu dəfəki yarış şahmatçılarımız üçün ilk günlərdən problemlərlə başladı, təşkilatçıların səhvi üzündən üç dəfə - bir dəfə hoteli, iki dəfə isə otaqları dəyişməli olduq. Ötən ilki Dünya kubokunda uğurlarımızı nəzərə alaraq, bu çətinliklərə yumor hissi ilə yanaşmağı üstün tutduq.

Bu ilki Dünya kuboku əvvəlki yarışlardan çox güclü heyəti ilə seçilirdi. Dünyanın bir nömrəli komandası, dəfələrlə Avropa və dünya çempionları Polşa yığması tam heyəti ilə (K.Piorun, P.Murdiza, A.Mista) təşrif buyurmuşdu. Rusiya həllçiləri arasında dünyanın iki nömrəli həllçisi G.Evseyev, dünya və Avropa çempionatlarının mükafatçıları Andrey Selivanov, Anatoliy Mukoseyev, Evgeniy Fomiçev, ukraynalı Avropa çempionları Valeriy Kopıl və A.Solovçuk, litvalı istedadlı və gənc həllçi M.Limontas qalib adına əsas namizədlərdən sayılırdılar. Ölkəmizi bu yarışda Rusiya mətbuatının qeyd etdiyi kimi, hər şeyə qadir olan çox güclü, lakin qeyri stabil komanda təmsil edirdi: Misrətdin İskəndərov (Sumqayıt), Ramil Cavadov (İsmayıllı), Araz Alməmmədov (Qəbələ), Zaur Məmmədov, Lütfiyar Rüstəmov (Bakı) və komandanın baş məşqçisi İlham Əliyev (Sumqayıt).
Yarışın baş hakimi səlahiyyətləri bu dəfə tanınmış şahmat bəstəçisi və həllçisi Aleksandr Ajusinə (Rusiya) etibar edilmişdi. Təşkilatçıların müraciəti ilə bu sətirlərin müəllifi də hakim kimi (baş hakimin müavini) çıxış etdi. Bu beynəlxalq həlletmə yarışlarında hakim kimi ikinci çıxışım idi, ilk dəfə 2008-ci ildə Antalyada (Türkiyə) keçirilən Avropa çempionatında baş hakimin müavini olmuşam.
Qeyd etmək lazımdır ki, Sumqayıt şahmatçısı Misrətdin İskəndərovun son illər çox yüksək nəticələr göstərərək dünya həlletmə yüzlüyünə daxil olması, son Avropa çempionatında (Kiyev, Ukrayna) şəxsi hesabda 6-cı, dünyada isə (Kobe, Yaponiya) 8-ci olması onun bu yarışda da qaliblər arasında olmasına ümid verirdi. Yarış dörd turdan ibarət idi, hər turda 90 dəqiqə ərzində altı tapşırıq təqdim olunurdu.
Qalib adını 35 iştirakçı arasında 120 mümkündən 96 xal toplayan Georgi Evseyev (Rusiya) qazandı, 2-ci 95 xalla Avropa və dünya çempionu Kasper Piorun (Polşa), 3-cü isə 87 xalla, dünya reytinq siyahısına 2800 balla başçılıq edən Piotr Murdzia (Polşa) oldu. Ölkəmizin şahmat həllçilərinin nəticəsinə gəldikdə qeyd etmək lazımdır ki, son illər gənc idmançılarımız öz uğurları ilə daha təcrübəli həllçilərimizi geridə qoyurlar, bu dəfə də belə oldu. İdmançılarımız arasında ən yaxşı nəticəni 69 xalla 12-ci yeri tutan Zaur Məmmədov göstərdi. Ötən dünya kuboklarında dörd və beşinci yerləri tutan R.Cavadov bu dəfə 65 xalla (360 dəq) 15-ci oldu. Əsas ümidimiz olan və 3-cü turdan sonra 4-cü yerdə gedən M. İskəndərov isə, son turda 30 mümkün xaldan yalnız 8 xal toplayaraq, 62 xalla 18-ci yeri tutdu. A.Alməmmədov 62 xalla 19-20-ci, L.Rüstəmov isə 55 xalla 24-cü oldu.
Dünya kubokunun 160 min rubldan ibarət mükafat fondu 12 qalib arasında bölüşdürüldü.



930. Aleksandr Tsaplin (Ukrayna, MFS)
 1.Vd8!. 931. 
Süleyman Abdullayev (Bakı)
 1.Vg5!. 932.
 Aydan Hüseynzadə (Qəbələ)
 1.Fe5!. 933.
 Petr Novitski (Ukrayna)
 1.Ta4!.
934. Araz Alməmmədov (Vəndam, Qəbələ)
 1.Şc2! [2.bxa7 Şa3 3.Va5#], 1...axb6 2.Vc4+ Şa3/a5 3.Va4#, 1...a6 2.Vc4+ Şa3 3.Va4#, 2...Şa5 3.Vc5#, 1...a5 2.Vc4+ Şa3 3.Va4#. Vəlixanov mövzusu miniatür formada.
935. Leonid Makaronez (İsrail)
1.Tg3! (2.Tg4+ e4 3.Te4#), 1...e4 2.Ab3+ Şd3 3.Td5#, 1...d5 2.Ac2+ Şc4 3.Tc3#, 1...d6 2.Ta4+ Şc5 3.Tc4#. 936. Evgeniy Fomiçev (Rusiya) 1.e6! (2.Ab5+! (Af3+?, Ac2+?) Şf5 3.Vd5#), 1...fe6 2.Af3+! (Ac2+?, Ab5+?) Şf5 3.Vxf4#, 1...g5 2.Ac2+! (Ab5+?, Af3+?) Şf5 3.Ve4#.
937. Vidadi Zamanov (Göyçay)
1.Tc6! (2.Fc3#), 1...Fxc6 2.Ac4+ Şd5 3.Ab2+ Şe5 4.Ad3#, 1...Txc6 2.Vxf3 Tcc1/Tc2/Tc7/Tc8 3.Txf5+ Şd4 4.Ve3#, 3...Axf5 4.Vf4#, 2...Tc5 3.Txf5+ (3...Şd6 4.Axe8#, 3...Axf5 4.Vf4#) 3...Şd4 4.Ve3#, 1...dxc6 2.Ac4+ Şd5 3.Ab2+ Şe5 4.Ad3#, 1...Tc1 2.Vxf3 Fxc6 3.Txf5+ (3...Axf5 4.Vf4#) 3...Şd4 4.Ve3#.
938. L.Lyubaşevskiy (İsrail), V.Xupçenko, V.Şevçenko (Ukrayna)
1.Şe7 Şxb7 2.Şd7 a6 3.Fd5+ Şa7 4.Şc6 Şa8 5.Şb6#.
939. Marcel Dore (Fransa)
1.Ag3! A) 1...Fd3! 2.Ah5 Fg6! 3.Af6! (4.Ad5 və 5.Ac7#, tematik oyun 3.Ag7? Ff7! z ) 3...Ff7! z 4.Şg7! z F~ 5.Ad5 (e8) və 6.Ac7#, B) 1...Fg6! 2.Ae2 Fe8 (f5)! 3.Ad4! (4.Ae6 (b5) və 5.Ac7#, tematik oyun: 3.Af4? (4.Ad5 (e6) Ff7 (e6)! və 5.?) 3...Fd7! z 4.Şg7! z F~ 5.Ab5 (e6) və 6.Ac7#. 940. Vidadi Zamanov (Göyçay) 1.Tf7! (2.Ac4+ Şd5 3.Td6#), 1...Axc6 2.Af3+ Şd5 3.Fc4+ (A) Şe4 (3...Şd6 4. Fc5#) 4.Ad2+ (B) Şe5 5.f4+ (C) Şd6 6.Fc5# (D), 2...Şd6 (2...Şe6 3.Fc4+ Şd6 4.Fc5#) 3.Fc5+ (D) Şd5 (3...Şe6 4.Fc4#) 4.Fc4+ (A) Şe4 5.Ad2+ (B) Şe5 6.f4# (C), 1...axb5 2.Ac4+ bxc4 (2...Şd5 3.Td6#) 3.Tc5+ Şd6 (3...Şe6 4. Fxc4+ Şd6 5.Ff4+ Te5 6.Fxe5#) 4.Ff4+ (A) Te5 (4...Şe6 5.Fxc4#) 5.Fxe5+ (B) Şe6 6.Fxc4# (C), 3...Şe6 4.Fxc4+ (C) Şd6 5.Ff4+ (A) Te5 6.Fxe5+ (B), 1...Fxf7 2.Af3+ Şd5 3.Fc4+ Şe4 4.Ad2+ Şf5 5.Tf6+ (A) Şe5 6.f4# (B), 4...Şe5 5.f4+ (B) Şf5 6.Tf6# (A). 941. Pavel Arestov (Rusiya) 1.Fd6+! Şxd5 2.Fg8+ Şc6 3.Tc4+ Şb6! 4.Fc5+! Şxa6 5.Txc3 Ta8+ [5...f1V 6.Fc4+ əsas variant] 6.Şc7 f1V 7.Fc4+ Vxc4 8.Txc4 Ff4+ 9.Ad6! c1V 10.Ta4+! Fxa4 pat.