Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşdi

Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşdi

Futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Təşkil olunan dörd oyundan sonra yarımfinalın bütün cütlükləri müəyyənləşib.
1/8 finalda Azərbaycan çempionu "Qarabağ"ı məğlub edən Almaniyanın "Bayer" klubu 1/4 finalın cavab oyunu çərçivəsində İngiltərənin "Vest Hem" komandasını mübarizədən kənarlaşdırıb. İngiltərədə keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında Almaniyada təşkil olunan ilk oyunda bundestim təmsilçisi 2:0 hesabı ilə qalib gəlmişdi.
İtaliya derbisində "Roma" isə doğma meydanda "Milan"a qalib gərərək yarımfinala yüksəlib. İlk görüşdə 1:0 hesablı qələbə qazanan "canavarlar" cavab oyununda da minimal hesablı qələbəyə seviniblər -2:1.

İtaliyanın daha bir təmsilçisi "Atalanta" da mərhələ adlamağı bacarıb. İngiltərədə "Liverpul"a 3:0 hesabı ilə qalib gələn "appeninlilər" cavab oyununda doğma meydanda minimal hesabla uduzublar -0:1. Lakin buna baxmayaraq, "Atalanta" klubu iki oyunun nəticəsinə görə 3:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.  

Fransanın "Marsel" klubu ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Benfika" ilə doğma meydanda qarşılaşıb. Əsas və əlavə vaxtda 1:0 üstün olan Liqa 1 təmsilçisi penaltilər seriyasında qalib gələrək (4:2) yarımfinala vəsiqə əldə edib. 

Beləliklə, yarımfinal mərhələsində "Marsel" klubu "Atalanta" ilə, "Roma" isə "Bayer"lə üz-üzə gələcək. 

Yarımfinal mərhələsinin oyunları mayın 2-də və 9-da təşkil olunacaq.