Bakıda kamandan oxatma üzrə ustad dərsləri keçirilib

Bakıda kamandan oxatma üzrə ustad dərsləri keçirilib

Avqustun 23-25-də kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək. Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata

görə, yarış ərəfəsində Bakıda iki günlük ustad dərsləri təşkil edilib. Avqustun 17-də "Sea Breeze" yaşayış kompleksində başlayan tədbirə növbəti gün yekun vurulub. Peşəkar idmançılar Əhməd Hüseynov və Fatimə Hüseynli kamandan oxatma idman növünə həvəs göstərənlərə sənətin sirlərini aşılayıblar.