“Trabzonspor”a yeni futbolçu gəlir

“Trabzonspor”a yeni futbolçu gəlir


"Qalatasaray” klubu öz futbolçusu Yekta Kurtuluşu mövsümün sonuna qədər "Trabzonspor”a icarəyə verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Qara dəniz təmsilçisi 28 yaşlı yarımmüdafiəçi və klubu ilə bütün məsələləri razılaşdırıb.
Bu transferin ən qısa vaxtda həyata keçiriləcəyi və Yektanın yeni komandasının Antalyadakı təlim-məşq toplanışına qatılacağı deyilir.
Qeyd edək ki, 2011-ci ildə digər Türkiyə Superliqası təmsilçisi "Kasımpaşa”dan "Qalatasaray”a keçən təcrübəli futbolçu "cim-bom”un heyətində ümumilikdə 39 matça çıxıb və 1 qol vurub.