İspaniyalı futbolçu Lənkərandan getdi

İspaniyalı futbolçu Lənkərandan getdi

"Xəzər Lənkəran” klubunun yollarını ayırdığı Eduard Oriolun yeni iş yeri bəlli olub. İspaniyalı sol cinah yarımmüdafiəçisi bundan sonra Kipr çempionatında çıxış edəcək.
Oriol bu ölkənin AEL (Limassol) klubunda oynayacaq.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən ilin avqust ayında İspaniyanın "Saraqosa” klubundan Lənkəran təmsilçisinə transfer olunmuşdu.