“Lyers”in üzvü “Simurq”a gəlir

“Lyers”in üzvü “Simurq”a gəlir

Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan Zaqatalanın "Simurq” klubu baxışa yeni futbolçu cəlb edib. Gürcüstanlı mütəxəssis Georgi Çixradze belçikalı Bencamin Lambotu sınaqdan keçirir.
27 yaşlı dayaq yarımmüdafiəçisi yüksək liqa təmsilçisi "Lyers” klubundan gəlib. 2012-ci ilin yayından bu komandanın formasını geyən orta sahə oyunçusu 1,5 il ərzində 29 matça çıxıb.
Karyerasına isə "Tubize”də başlayan Bencamin 2004-2008-ci illərdə 79 matç keçirib və 9 qol vurub. 2008/09-cu illər mövsümünü "Virton”da keçirdiyi 5 oyunla başa vuran yarımmüdafiəçi ardınca "Antverpen”ə transfer olunub. Bu komandadakı 3 mövsümdə o, 59 matça çıxıb və 6 dəfə rəqib qapılarına yol tapıb.