Əslən azərbaycanlı olan futbolçu “Anji” ilə müqavilə bağladı

Əslən azərbaycanlı olan futbolçu “Anji” ilə müqavilə bağladı

Bir müddət əvvəl adı "Qəbələ” ilə yanaşı hallanan Kiyev "Dinamo”sunun əslən azərbaycanlı futbolçu Aleksandr Əliyev Rusiyanın "Anji” klubu ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi Mahaçqala təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb. O, yeni klubunda 8 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Ukrayna millisinin keçmiş üzvü olan Aleksandr ötən mövsümə "Dnepr”də başlasa da, dövrələrarası fasilədə müqavilə ilə məxsus olduğu "Dinamo”ya qayıdıb. Lakin rəhbərlik onu əvəzedici komandaya göndərib və qış fasiləsində yenidən transferə çıxarılıb.