"Liverpul”un uruqvaylı futbolçusu Sebastyan Koates karyerasının ölkəsində davam etdirəcək. İngiltərə mətbuatının yaydığı məlumata görə, 23 yaşlı müdafiəçi keçmiş klubu "Nasyonal”la anlaşıb.
Belə ki, o, cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Koates 2011-ci ildə "Nasyonal”dan "Liverpul”a keçib. O, zədə səbəbindən bu mövsüm "qırmızılar”ın formasını geyə bilməyib.