7-ci stadion istifadəyə verildi

7-ci stadion istifadəyə verildi

Braziliya prezidenti Dilma Russeff və FIFA-nın baş katibi Jerom Valke Natal şəhərindəki "Arena das Dunas” stadionunun açılışında iştirak ediblər. DÇ-2014 zamanı bu arenada qrup mərhələsinin 4 oyunu, o cümlədən dünya çempionu olmuş İtaliya və Uruqvay komandalarının qarşılaşması keçiriləcək.
42086 yerlik "Arena das Dunas” mundial üçün istifadəyə verilən 7-ci stadiondur. Onun inşası 210 milyon dolllara başa gəlib ki, bu da ilkin layihədə nəzərdə tutulandan 15 faiz çoxdur. Ümumilikdə, Braziliyada 12 stadionun tikintisi və yenidənqurulması üçün artıq 4 milyard dollar xərclənib və bu da ilkin sərmayə planının iki qat artması deməkdir.