Kolumbiyada növbəti qətl

Kolumbiyada növbəti qətl

Kolumbiya futbolunda növbəti qətl hadisəsi baş verib. "Union Maqdalena” klubunun hücumçusu Ferley Reyes güllələnib. Adıçəkilən komandaya yeni keçən 22 yaşlı futbolçu axşam saat 8 radələrində üç komanda yoldaşı ilə birlikdə bərbərdə olub. Bu an içəri daxil olan naməlum şəxslər atəş açmağa başlayıblar. Reyes yerindəcə öldürülüb, oyundaşı Luis Enrike Aspirilya isə yaralanıb.
Cinayətin səbəbi bilinməsə də, Reyesin ailəsi onun əvvələr də hədələndiyi bildirib. Polis futbolçunun mafiya ilə əlaqəsinin olduğunu istisna etmir.