"Neftçi” klubu Türkiyə təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Böyükağa Hacıyevin komandası Polşanın "Şlonsk” klubu ilə qarşılaşıb.
Elvin Yunuszadə oyunun 48-ci dəqiqəsində hesabı açsa da, görüş "ağ-qaralar”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Partizani” (Albaniya) və "Tobol” (Qazaxıstan) klublarını məğlub edən (müvafiq olaraq, 2:0 və 4:2) "Neftçi” "Fənərbaxça” (Türkiyə) və "Metallurq”la (Zaporojye, Ukrayna) heç-heçə oynamışdı - 0:0.