AFFA və Real Madrid Fondu arasında əlaqələr genişlənir

AFFA və Real Madrid Fondu arasında əlaqələr genişlənir


Yanvarın 27-də AFFA-nın qızlardan ibarət mill futbol komandasinin baş məşqçisi xanım Patrisiya Qonzalez, milli yığmanın futbolçusu Nigar Cəlili və digər nümayəndələr Real Madrid Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində yaradılmış "Vətən” sosial futbol məktəbinin qonağı olublar. Nümayəndə heyəti ilk olaraq İctimai Televiziya və Radio Yayımları şirkətinin "Yeni Gün” programında iştirak ediblər. Proqram Azərbaycanda qadın futbolu, peşəkar və sosial futbola həsr edilib. "Vətən” sosial futbol məktəbini layihənin koordinatoru Sahibə Paşayeva, məşqçi-müəllim Namiq Allahverdiyev və məktəbin futbolçusu Alıyeva Səbinə təmsil ediblər. Proqram zamanı Real Madrid Fondunun 2014-cü il üçün Azərbaycanda həyata keçirəcəyi 3 yeni layihə də elan edilmişdir. Layihələrdən biri Real Madrid klubunun məşqçi heyəyinin Azərbaycana səfəri, digəri azərbaycanlı uşaqların beynəlxalq yay futbol düşərgəsinə göndərilməsi, sonuncu isə məktəbə olan çoxsaylı müraciətlər nəticəsində yaxın vaxtlarda yeni qrupların açılması olub.

Sosial futbol məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri "Vətən”Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərir. Məktəbin baş sponsoru AzərİdmanServis MMC-dir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu layihənin əsas tərəfdaşlarıdır.

AFFA-nin qızlardan ibarət milli komandasının baş məşqçisi xanım Patrisiya Qonzalez günün ikinci yarısında "Vətən” sosial futbol məktəbində məşqçi müəllimlərə görüşüb və məktəbdə məşqlərin təşkili ilə maraqlanıb. Görüş zamanı xanım Qonzalez məşqçilərə uşaq futbolu, futbolun sosial və peşəkar modelləri mövzusunda maraqlı təqdimatlar edib. Bundan sonra xanım Qonzales məşqçi İlqar Məsumovun 15-16 yaşlı oğlan qrupuna təlim-məşqini müşahidə edərək ona və digər həmkarlarına öz tövsiyyələrini vermişdir. Məşqçi müəllimlərin hədsiz marağına səbəb olan müzakirələrə AFFA, xüsusilə qızlardan ibarət milli yığma və məktəb arasında əməkdaşlığın genişləndirilməsinə dair konkret təfliflərin verilməsi ilə yekun vurulub.
Günün sonunda baş verən ən maraqlı tədbir isə xanım Patrisiyanın "Vətən” sosial futbol məktəbinin qızlardan ibarət komandasına master-klas məşqi olub. Gün ərzində davam edən silsilə tədbirlərdən ümumilikdə 8 nəfər məşqçi-müəllim və 34 nəfər (18 qız) gənc futbolçu faydalanıb.
Sonda məktəbin kollektivi AFFA-nın rəhbərliyinə göstərdikləri dəstəyə, milli komandanın baş məşqçisi xanım Patriciya Qonzalezə isə maraqlı və faydalı bir gün üçün dərin minnətdarlıqlarını bildiriblər.


olimpnews.az