İspaniya futboluna itki üz verib. Məşhur məşqçi Luis Araqones 75 yaşında dünyasını dəyişib.
Araqonesin əsas nailiyyəti 2008-ci ildə İspaniya millisində qazandığı Avropa çempionluğu olub. Araqones şənbə günü Madrid xəstəxanalarından birində vəfat edib. Luis Araqones futbolçu karyerası ərzində Madrid "Atletiko”sunun heyətində üç dəfə İspaniya çempionu olub (1966, 1970, 1973).
O, həmçinin İspaniyanın "Xetafe”, "Real”, "Ovyedo” və "Betis” klublarının şərəfini qoruyub. Araqones milli yığmada 11 oyun keçirib.