Milan təmsilçisi "İnter”in futbolçusu Mauro İkardi karyerasını Fransa çempionatında davam etdirəcək. Bu barədə "Sky Sport” xəbər yayıb. Belə ki, "Monako” 20 yaşlı hücumçunu heyətinə qatıb. Anlaşmaya görə, gənc hücumçu mövsümün sonuna qədər Fransa təmsilçisinin şərəfini qoruyacaq.
Məlumat üçün bildirək ki, Argentina millisinin də üzvü olan İkardi ötən il digər İtaliya klubu "Sampdoriya”dan "İnter”ə transfer olunub.